Olland: Bu həftə bir neçə terror aktının qarşısı alınıb
15 iyul 2015 23:54 (UTC +04:00)

Olland: Bu həftə bir neçə terror aktının qarşısı alınıb

Fransa prezidenti Fransua Olland bu həftə ərzində bir neçə terror aktının qarşısının polis tərəfindən alındığını bildirib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Olland bunu ölkənin cənubundakı neft-kimya müəssisəsində törədilmiş partlayış barədə suala cavabında bildirib.

 

“Bu həftə ərzində biz törədilməsi planlaşdırılan bir neçə terror aktının qarşısı almışıq. DİN rəhbəri Bernar Kaznev bununla bağlı sabah bəyanat verəcək”, deyə Olland bildirib. Prezident məsələnin təfərrüatlarını açıqlamaqdan boyun qaçırıb.  

 

Dövlət başçısı həmçinin zavodda partlayış törədənlərin məsuliyyətə cəlb olunması üçün tədbirlərin görüldüyünü bildirib.  

 

Qeyd edək ki, Marsel aeroportu yaxınlığında yerləşən “LyondellBasell” müəssisəsində güclü yanğına səbəb olmuş iki partlayış törədilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 238
avatar

Oxşar yazılar