Olland: “Yaxın zamanda Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edilə bilər”
25 aprel 2014 20:27 (UTC +04:00)

Olland: “Yaxın zamanda Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edilə bilər”

0

ABŞ, Almaniya, Britaniya, Fransa və İtaliyanın dövlət başçıları Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə münasibət bildirib.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, Fransa prezidenti Fransua Olland ABŞ prezidenti Barak Obama, Almaniya kansleri Angela Merkel, Britaniyanın baş naziri Devid Kemeron və İtaliyanın hökumət başçısı Matteo Rentsi ilə telefonla danışıb. O, Ukraynadakı vəziyyəti və atılacaq addımları  müzakirə edib

 

ABŞ prezidenti bildirib ki, yaxın günlərdə Rusiyaya qarşı sanksiyaların səmərəliyini dəyərləndirmək üçün avropalı müttəfiqləri ilə danışıqlara aparacaq. O, deyib ki, Ukraynanın şərqində vəziyyət ağırlaşarsa, o zaman Vaşinqton və Brüssel Rusiyaya qarşı hazırlanan növbəti yasaqlar paketini tətbiq edəcək.

 

F.Olland aprelin 25-də bildirib ki, yaxın zamanda Rusiyaya qarşı əlavə sanksiyaların tətbiq ediləcəyini istisna etmir.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 849

Oxşar yazılar