Olimpiada obyektlərinin inşaatçıları tətil elan edib
15 aprel 2014 07:10 (UTC +04:00)

Olimpiada obyektlərinin inşaatçıları tətil elan edib

2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək  yay olimpiya oyunlarının obyektlərini tikən 2500-ə yaxın işçi tətil elan edib. 
 
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, müddətsiz tətil elan edən fəhlələr əmək haqlarının artırılmasını istəyir. 
 
İşçiləri etiraz aksiyası Beynəlxalq Olimpiya Komitəsi təmsilçilərinin Rio-de-Janeyroya səfəri öncəsi başlayıb. Komissiya təşkilatçıların üzləşdiyi çeşidli problemin aradan qaldırılmasına yardım etmək məqsədi ilə Braziliyaya səfər edəcək. 
 
“Əmək haqlarımızı artırmayanadək biz işləməyəcəyik. Biz hakimiyyətdən tələblərimizlə bağlı reaksiyasının gözləyirik. Əks halda məhkəməyə şikayət edəcəyik” -deyə, həmkarlar təşkilatının başçısı Antonio Fiqeyredo Souza bildirib.
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1190
avatar

Oxşar yazılar