Obamadan Rusiyaya sərt bəyanat
18 mart 2015 00:18 (UTC +04:00)

Obamadan Rusiyaya sərt bəyanat

ABŞ prezidenti Barak Obama Rusiyaya qarşı sanksiyaların davam etdirilməsinin vacib olduğunu bildirib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə prezident Obama  İrlandiyanın baş naziri Enda Kenni ilə görüşdən sonra bildirib.

 

“Görüş zamanı Ukrayna və Rusiyanın bu ölkəyə təcavüzü ilə bağlı möhkəm və əzmli mövqe nümayiş etdirilməsinin vacibliyi, həmçinin, güclü sanksiyaların dəstəklənməsinin və Minsk sazişinin tam icrasının təmin edilməsinin, Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşılmasının vacibliyi müzakirə olunub”, deyə Barak Obama bildirib.   

 

Bundan əvvəl Avropa İttifaqı Şurasının rəhbəri Donald Tusk da Rusiyaya qarşı geniş sanksiya rejiminin davam etdirilməsinin vacibliyini bildirib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 138
avatar

Oxşar yazılar