ABŞ prezidenti Barak Obama Rusiyaya qarşı yeni sanksiyaların tətbiq olunacağını söyləyərək, Moskvaya xəbərdarlıq edib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, o, bildirib ki, əgər Ukraynanın suverenliyinə qəsb davam edərsə, sanksiyalar kəskinləşəcək.
Onun sözlərinə əsasən, ABŞ və onun avropalı müttəfiqləri, özləri zərər görsə belə, Rusiyanın iqtisadi sektoruna ziyan vurmaq məqsədi ilə tədbirlər görməyə hazırdır.
Obama beynəlxalq ictimaiyyəti Ukraynanı siyasi və iqtisadi cəhətdən dəstəkləməyə çağıraraq, bildirib ki, Rusiyanın Krımı ilhaq etməsi ilə proses başa çatmayıb.
ABŞ lideri bildirib ki, Moskvanın siyasəti regional güc göstərməkdir: «Bununla o, öz zəifliyini göstərir».