ABŞ prezidenti Barak Obama boğulma təhlükəsi ilə üz-üzə olan Rusiya dövlət başçısı Vladimir Putini bu vəziyyətdən qurtarmağa hazır olduğunu, Putinin də bənzər vəziyyətdən özünü qurtaracağını istədiyini söyləyib.
Lent.az-ın "RİA Novosti"-yə istinadən məlumatına görə, Cənubi Koreyanın paytaxtı Seul şəhərinə səfərində Obama deyib ki, Havay adalarında böyüyüb, yaxhşı üzgüçcüdür və boğulan adamı xilas etmək gücündədir: “Putin boğulmaq üzrə olsa idi onu xilas edərdim”
Mənbə xatırladıb ki, ötən həftə Vladimir Putin belə demişdi: “ABŞ prezidenti ilə aramızda özəl münasibətin olduğunu deyə bilmərəm. Düşünürəm ki o, dürüst və cəsur bir insandır və bunu edər“.
O, əlavə edib ki ,heç vaxt belə bir duruma düşmək istəməzdi.