Obama NATO-nun başçısı ilə Ukraynadakı böhranı müzakirə edib
27 mart 2014 06:05 (UTC +04:00)

Obama NATO-nun başçısı ilə Ukraynadakı böhranı müzakirə edib

0

ABŞ prezidenti Barak Obama NATO-nun baş katibi Anders Foq Rasmussenlə görüşüb.

 

Lent.az-ın «Gazeta.ru»-ya istinadən məlumatına görə, «Röyter» bildirib ki, tərəflər Ukraynadakı böhranı, Rusiyanın Krımı özünə birləşdirməsinə alyansın mümkün cavab tədbirlərini müzakirə ediblər.

 

Mənbənin məlumatına əsasən, müzakirə zamanı müdafiə planının yenilənməsi, hərbi təlimlərin keyfiyyətinin artırılması, qoşunların yerləşdirilməsinə də toxunulub.

 

Obama bildirib ki, Ukraynadakı böhranı yeni «soyuq savaşa» yol açmayacaq.

 

«Rusiya uğurun güc tətbiqi ilə əldə edilməsinin mümkünsüzlüyünü zaman-zaman anlayacaq»-deyə, o, vurğulayıb.

 

NATO-nun baş katibi «Tvitter»dəki səhifəsində yazıb: «NATO barış üçün yaradılmış bir gücdür. Vuruşmağı arzu etmirik. Ancaq bizə meydan oxunarsa, tərəddüd etmərik».

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 618

Oxşar yazılar