ABŞ prezidenti Barak Obama Ukraynadakı böhranın diplomatik yolla həllinə hələ də inanadığını bildirib.
Lent.az-ın «gazeta.ru»-ya istinadən məlumatına görə, bu haqda «Röyter» xəbər yayıb.
«Biz Ukraynadakı böhranın diplomatik həllinin tapılacağına ümid etməkdəyik» -deyə, o, İrladiyanın baş naziri Enda Kenni ilə görüş zamanı bildirib.
Obama Rusiyanın «Krımı ələ keçirmək yönündə fəaliyyətini zəiflətməzsə», bunun nəticələri haqda Vaşinqtonun Moskvaya tətbiq edəcəyi sanksiyaları da xatırladıb.