ABŞ prezidenti Barak Obama Beynəlxalq Valyuta Fondu (BVF) ilə Ukrayna arasında razılaşmanı vacib addım adlandırıb.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, borcu məbləği dəqiqləşdirilməyib. Ancaq bunun 14-18 milyard dollar həcmində olacağı istisna edilmir.
Romada keçirilən konfransda Obama bildirib ki, bu sövdələşmə Ukrayna iqtisadiyyatını sabitləşdirəcək.
Mütəxəssislər Avropa Birliyi, ABŞ və Yaponiyanın da Ukraynaya maliyyə yardım edəcəyini proqnozlaşdırır.
Ukrayna hökuməti bir müddət öncə maliyyə yardımına ehtiyac duyduğundan daxili bazarda təbii qazın qiymətini 50 faiz artırdığını elan edib.