Obama: «Rusiya regional dövlətdir»
25 mart 2014 21:16 (UTC +04:00)

Obama: «Rusiya regional dövlətdir»

0

ABŞ prezidenti Barak Obama Rusiyanı «regional güc sayaraq», onun Ukrayna ərazisini güclü olduğundan deyil, zəifliyindən ilhaq etdiyini söyləyib.

 

Lent.az-ın «Gazeta.ru»-ya istinadən məlumatına görə, «Qardian» qəzeti bildirib ki, Haaqadakı nüvə təhlükəsizliyi üzrə sammitdə Obama Rusiyanın ABŞ üçün başlıca geopolitik rəqib olması ehtimalını rədd edib.

 

«Rusiya güclü olduğundan deyil, zəifliyindən bir neçə qonşusunu təhdid edən regional gücdür» - deyə, ABŞ prezidenti vurğulayıb.

 

Barak Obamanın sözlərinə görə, Rusiyanın davranışı problem yaradır. Ancaq o, ABŞ-ın təhlükəsizliyi üçün bu ölkəni «bir nömrəli təhlükə mənbəyi saymır».

 

 O, «Krıma təcavüz və ilhaqın» Kosovodakı şəraitlə müqayisə edilməsini «yersiz» olduğunu söyləyib: «Rusca danışanların həyatının təhlükə altında olmasını təsdiqləyən heç bir dəlil-sübut yox idi».

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1019

Oxşar yazılar