Obama: “Putinin pozuculuq fəaliyyətinin qarşısı alınmalıdır”
16 iyul 2014 05:47 (UTC +04:00)

Obama: “Putinin pozuculuq fəaliyyətinin qarşısı alınmalıdır”

ABŞ prezidenti Barak Obama Avropa Birliyini Rusiyaya qarşı sanksiyaları genişləndirməyə çağırıb.


 

Lent.az-ın “Gazeta.ru”-ya istinadən məlumatına  görə, “Bloomberg” bildirib ki, Ağ Evdə AB-yə üzv dövlətlərin səfirlərinin iştirakı ilə keçirilən qapalı görüşdə Barak Obama Rusiya prezidenti Vladimir Putinin “pozuculuq fəaliyyətinin qarşısını almaq üçün” sərt tədbirlər görməyin vacibliyini vurğulayıb.

 

O, vurğulayıb ki, Avropa Birliyi yeni sanksiyaların tətbiqindən boyun qaçırsa, ABŞ bir tərəfli qaydada hərəkət etməyə hazırdır.

 

Məlumatlara görə, Rusiyaya qarşı yeni sanksiyalar iqtisadiyyat və müdafiə sektoruna aid olunacaq.  

 

Səfirlər məsələnin həssaslığını nəzərə alaraq, görüşü gizli şəraitdə keçirib

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1088
avatar

Oxşar yazılar