Obama: “ABŞ rusiyalıları cəzalandırmaq istəmir”
02 may 2014 23:13 (UTC +04:00)

Obama: “ABŞ rusiyalıları cəzalandırmaq istəmir”

ABŞ prezidenti Barak Obama və Almaniya kansleri Angela Merkel bildirib ki, əgər mayın 25-də keçiriləcək prezident seçkisinədək Ukraynada vəziyyət sabitləşməzsə, o zaman Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazırdırlar.

 

Lent.az-ın “Gazeta.ru”-ya istinadən məlumatına görə, A.Merkel qeyd edib ki, Moskva Cenevrə razılaşmasına əməl etmir, bu səbəbdən də Almaniya və Avropa Birliyindəki başqa tərəfdarları Rusiyaya qarşı “3-cü səviyyəli” sanksiya tətbiq etməyə hazırdır. “Biz Rusiya iqtisadiyyatının böyük bir hissəsinə qarşı sanksiya tətbiq etmək istəmirik, ancaq bu addımı atmağa hazırıq” -deyə, kansler vurğulayıb.

 

 

ABŞ prezidenti öz növbəsində “Ukrayna məsələsində tutduğu mövqeyə görə” Angela Merkelə təşəkkürünü bildirərək, qeyd edib ki, əgər Moskva prezident seçkisinin keçirilməsini əngəlləyərsə, o zaman Rusiyaya qarşı sanksiya tətbiq ediləcək.

 

 

“Ukrayna hakimiyyətinin ölkənin şərqində asayişi bərpa etmək hüququ var” -deyə, Barak Obama Ukraynanın Slavyansk şəhərində baş verənləri şərh edərkən, vurğulayıb.

 

Obama əlavə edib ki, ABŞ rəsmi Moskvanın Ukrayna ilə bağlı tutduğu mövqe ucbatından Rusiya xalqının cəzalandırmaq istəmir.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 579
avatar

Oxşar yazılar