ABŞ prezidenti Barak Obama Çinin dövlət başçısı Si Tszinpinlə Krım məsələsini müzakirə edib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, Ağ evdən yayılan xəbər əsasən, liderlər Ukraynanın suverenliyi və ərazi bütövlüyü prinsipinə əməl olunmasında razılığa gəliblər.
Britaniya və Almaniya hökumətləri bildirib ki, Rusiya prezidenti Vladimir Putin Ukrayna hakimiyyəti ilə danışıqların aparılması üçün ölkəsinin xarici işlər naziri Sergey Lavrovla beynəlxalq təmas qrupunun yaradılması məsələsini müzakirə edəcəyini boyun olub.