Novosibirsk vilayətində zavodlardan birində partlayış baş verib.
Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, hadisə vilayətin İskitim şəhərindəki süni lif müəssisəsində olub.
Mənbə bildirib ki, partlayış nəticəsində xəsarət alanlar da var. Məlumata əsasən, dağıntı altından iki nəfərin cəsədi çıxarılıb, üçüncünün axtarışına başlanılıb.
Olayla bağlı əlavə məlumat yayılmayıb.
Hadisənin baş vermə səbəbləri araşdırılır.