Nobel mükafatı komitəsindən iddialara cavab - <span style="color:red;">YENİLƏNİB
15 aprel 2014 06:00 (UTC +04:00)

Nobel mükafatı komitəsindən iddialara cavab - YENİLƏNİB

Mərkəzi Norveçdə yerləşən Nobel Mükafatı komitəsindən terrorçu PKK lideri, məhbus Abdulla Öcalanın Nobel Sülh Mükafatına namizəd göstərilməsi ilə bağlı açıqlama verilib.

 

Lent.az-ın Habertürk-ə istinadən məlumatına görə, açıqlamada deyilib: «Nə özünə, nə də onu namizəd göstərən quruma namizəd məsələsində məlumat verilmir».

 

Məlumatda bildirilib ki, namizədlərlə bağlı heç bir yerdən informasiya əldə etmək mümkün deyil.

 

“İstanbuldan biri bizə telefon açıb, nədən Abdullah Öcalanın namizəd göstərildiyini soruşdu. Biz də ona bu məsələ ilə bağlı məlumat verməyimizin mümkün olmadığını söylədik. Yəni bizə hər kəs müraciət edə, kimisə namizəd göstərə bilər, ancaq namizədliyini qeydiyyata aldığımız adam haqda heç kimə məlumat vermirik. Abdullah Öcalanın namizədliyinin irəli sürülməsi və ya qeyd alınması ilə bağlı da bir söz belə deyə bilmərik. Namizəd göstərilən haqda məlumat 50 ildən tez bildirilmir. İctimaiyyətə yalnız mükafat alanlar barədə məlumat verilir” -deyə, qurum bəyan edib. 

***

21.07

Terrorçu PKK-nın lideri, ömürlük azadlıqdan məhrum edilmiş  Abdulla Öcalanın namizədliyi Nobel Sülh Mükafatına irəli sürülüb.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, bu haqda xəbəri kürdlərin “Fırat” agentliyi yayıb.

 

 

Bunu İraqın şimalındakı kürd bölgəsi parlamentinin üzvü Əvan Kvest təklif edib.

 

Mənbə bildirib ki, Nobel komitəsi artıq təklifi qeydiyyata alıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1152
avatar

Oxşar yazılar