Nigeriyada vəbadan 20 nəfər öldü
15 yanvar 2015 01:54 (UTC +04:00)

Nigeriyada vəbadan 20 nəfər öldü

0

Nigeriyada vəba epidemiyasına yoluxma qeydə alınıb.

 

APA-nın France-Presse agentliyinə istinadən verdiyi məlumata görə, ölkənin cənubundakı River ştatında 171 nəfər xəstəliyə yoluxub, 20 nəfər ölüb.

 

Yerli hökumət epidemiyanın inkişafı və yayılmasının qarşısının alınması üçün preparatların mövcud olduğunu bildirib.

 

Xatırladaq ki, 2014-cü ildə Haitidə vəba epidemiyası 132 nəfərin həyatına son qoymuşdu.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 353

Oxşar yazılar