“Boko Haram” terror qruplaşmasının silahlıları Nigeriyanın şimal-şərqindəki Ncaba kəndinə hücum edərək 68 dinc sakini amansızcasına qətlə yetirib. APA-nın məlumatına görə, bu barədə “Frans Pres” yerli sakinlər arasındakı mənbəyə istinadən xəbər verir.
“Mən qurbanların sayılmasında iştirak etmişəm. 68 nəfər öldürülüb”, deyə kənd sakinlərindən biri agentliyin müxbirinə bildirib.
Öldürülən sakinlər arasında çoxlu sayda uşaqların olduğu bildirilir. Kənd yerlə yeksan edilərək yandırılıb.