NATO-nun başqa üzvlərinin ardınca Niderland krallığı da Ukraynadakı vəziyyətə görə Rusiya ilə hərbi əməkdaşlığı dayandırıb.
Lent.az-ın “RİA Novosti”-yə istinadən məlumatına görə, bu haqda xəbər krallığın Müdafiə Nazirliyinin saytında verilib.
Bir müddət öncə NATO-nun başqa üzvləri, o cümlədən ABŞ və Britaniya da Rusiya ilə hərbi əməkdaşlığı dayandırdıqlarını bəyan etmişdilər.