Rusiyalı siyasətçi Boris Nemtsovun qətli ilə bağlı cinayət işində yeni fiqurant peyda olub.
APA-nın “Kommersant”a istinadən verdiyi məlumata görə, istintaq Zaur Dadayevin söylədiklərinə əsasən müəyyən edib ki, cinayəti törədənlərə silahı Ruslik ləqəbli şəxs verib.
Z. Dadayevin həmyerlisi olan həmin şəxs həmçinin onları maliyyələşdirəcəyini vəd edib.
Hələlik həmin adam axtarışa verilməyib.