Şimal dənizində Çinin "China Oilfield Services Ltd" şirkətinə məxsus buruq qurğusunun zədələnməsi nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumat görə, neft platformasında baş verən insidentə səbəb güclü qasırğa olub.
Hündür dalğaların buruq qurğusuna çırpılması nəticəsində 3 nəfər xəsarət alıb. Zərərçəkənlər xəstəxanaya çatdırılsa da, 1 nəfərin həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, COSL “Statoil” şirkətinin Şimal dənizindəki “Troll” yatağında işlər aparır. Platformada 106 nəfərin çalışdığı bildirilir, onlardan 50-si təxliyyə edilib.