Nazir: Türkiyədə yerin altında qalan 18 şaxtaçılardan heç bir məlumat yoxdur
29 oktyabr 2014 00:47 (UTC +04:00)

Nazir: Türkiyədə yerin altında qalan 18 şaxtaçılardan heç bir məlumat yoxdur

Qəza nəticəsində su altında qalmış şaxtada 18 fəhlə var, onların taleyi barədə heç bir məlumat yoxdur.  Lent.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə faciənin baş verdiyi Karaman əyalətinə gəlmiş Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız deyib.

 

İlkin məlumata görə, ötən gün Karaman əyaləti, Ermenek şəhəri yaxınlığında yerləşən kömür mədənində uçqun baş verib. Qəza nəticəsində su borusu zədələnib, nəticədə  şaxtanın 50 m hissəsi su altında qalıb. Hadisə zamanı şaxtada 40-dək fəhlə olub, onların əksəriyyəti xilas oluna bilib.

 

“Vaxt bizim əleyhimizə işləyir, çünki suyun səviyyəsi sürətlə artır. Suyu hələlik yalnız 1 nasos sovurur, hazırda ikinci nasos quraşdırılır”, deyə nazir bildirib.  

 

 Qeyd edək ki, qəza 375 metr dərinlikdə baş verib. Xilasedicilər yerin altında qalan fəhlələrin şaxtanın təhlükəsiz bölmələrinə sığındığına ümid edir. Xilasetmə əməliyyatın bir neçə gün davam etdiriləcəyi ehtimal olunur. Şaxtaya xilasedici-dalğıcları da cəlb etmək planlaşdırılır.   

 

Hadisə ilə bağlı prokurorluq araşdırmalara başlayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 854
avatar

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35