NATO Rusiya təyyarəsinin vurulması ilə bağlı təcili iclas çağırdı
24 noyabr 2015 15:59 (UTC +04:00)

NATO Rusiya təyyarəsinin vurulması ilə bağlı təcili iclas çağırdı

0
 NATO Rusiya məxsus Su-24 təyyarəsinin Türkiyə tərəfindən vurulması ilə əlaqədar təcili iclas çağırıb.

APA-nın xəbərinə görə, bu barədə “Frans Press”in yaydığı xəbərdə deyilir.

 

 

Qeyd edək ki, bu gün səhər Rusiyaya məxsus Su-24 hərbi təyyarəsi Türkiyə hava sərhədini pozduğu üçün vurulub. Katapult edən pilotlardan biri yerə düşərkən ölüb, digəri isə sağ qalıb.

 

Təyyarənin vurulmasından 20-25 dəqiqə sonra türkmənlərin mövqeləri güclü atəşə məruz qalıb. 

 

Vurulan Rusiya təyyarəsinin yerdə partlaması nəticəsində iki Türkiyə vətəndaşı yaralanıb. Onlar Türkiyənin Suriya ilə həmsərhəd Hatay vilayətinin Yayladağ rayonunun Dutlubahçe kəndinin sakinləridir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 350

Oxşar yazılar