NATO-nun baş katibindən Rusiyaya çağırış
07 mart 2014 03:11 (UTC +04:00)

NATO-nun baş katibindən Rusiyaya çağırış

«NATO Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir». Lent.az-ın «Svaboda» radiosuna istinadən məlumatına görə, bunu Ukraynanın baş naziri Arsen Yatsenyuk NATO-nun Brüseldəki mənzil-qərargahında bildirib.

 

Qurumun baş katibi Andres Foq Rasmussen A.Yatsenyukla keçirdiyi mətbuat konfransında deyib: «Ukraynadakı böhran İkinci dünya savaşından sonra Avropanın təhlükəsizliyinə ən ağır təhdiddir».

 

Rasmussen Rusiyanı Krıma və Ukraynanın başqa bölgələrinə hərbi qüvvələr yerləşdirməkdən çəkinməyə çağırıb.

# 575
avatar

Oxşar yazılar