NATO-nun baş katibi Anders Foq Rasmussen bildirib ki, Ukrayna ərazisinə Rusiyanın təcavüzü davam etdirməsi “Moskva üçün tarixi səhv olar”.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, baş katibin sözlərinə əsasən, bu səhv Rusiyanı daha ciddi beynəlxalq təcridə sürükləyəcək.
Rusiya prezident administrasiyasının başçısı Sergey İvanov isə bildirib ki, quruma üzv Şərqi Avropa ölkələrində NATO-nun güclənməsinin mümkünlüyünü araşdırmaq vacibdir.