NATO-nun baş katibi Rusiyanı qınadı
31 yanvar 2016 05:29 (UTC +04:00)

NATO-nun baş katibi Rusiyanı qınadı

NATO-nun baş katibi Yens Stoltenberq alyansa üzv olan dövlətlərin hava məkanının təhlükəsizliyinin təmin olunması üçün Rusiyanı lazımi tədbirlər görməyə çağırıb. APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə Stoltenberq Rusiyaya məxsus “SU-34” təyyarəsinin Türkiyənin hava məkanını  pozmasına münasibət bildirərkən bildirib.

 

“Mən Rusiyanı addımlarını məsuliyyətlə atmağa və NATO-nun hava məkanına hörmət etməyə çağırıram. Rusiya bu cür halların gələcəkdə təkrarlanması üçün bütün lazımi tədbirlər görməlidir”, deyə  NATO-nun baş katibi qeyd edib.    

 

Qeyd edək ki, Türkiyə XİN-i Rusiyaya məxsus “SU-34” qırıcı təyyarəsinin  Türkiyə hava məkanını pozduğunu bəyan edib. İnsidentlə əlaqədar Rusiyanın Ankaradakı səfiri Türkiyə XİN-nə çağırılıb.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 313
avatar

Oxşar yazılar