Müxalifətdən Bəşər Əsəd qüvvələrinə sarsıdıcı zərbə
19 dekabr 2014 18:45 (UTC +04:00)

Müxalifətdən Bəşər Əsəd qüvvələrinə sarsıdıcı zərbə

0

Suriyadakı müxalif “Əl-Nusra” cəbhəsi Bəşər Əsəd qüvvələrinə ağır zərbə endirib. Lent.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, “Əl-Nusra” cəbhəsinin İdlib şəhərindəki Vadi əd-Dayf qərargahına təşkil etdiyi hücum nəticəsində ordunun 400 əsgəri öldürülüb, 200 əsgəri isə əsir götürülüb.

 

Əsir götürülən Məhəmməd Məhəmməd adlı əsgər Vadi əd-Dayfdan qaçıb yaxınlıqdakı Maar Hattat qərargahına girmək istəyən 800 əsgərin yarısının öldürüldüyünü iddia edib.

 

“Əl-Nusra” cəbhəsinin səhra komandirlərindən Əbu Munzir de Əhrar uş-Şam 200 əsgəri əsir götürdüklərini təsdiq edib. Onları şəriət məhkəməsi mühakimə edəcək.

 

Qeyd edək ki, 15 dekabrda Suriyadakı müxalifət qüvvələri İdlib şəhərində rejimə məxsus ən böyük qərargahlardan biri olan Vadi əd-Dayf və Həmidiyyə qərargahları ilə bərabər 20-dən çox nəzarət məntəqəsini ələ keçirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 325

Oxşar yazılar