Mursinin oğlu narkotik maddə ilə tutulub
02 mart 2014 07:46 (UTC +04:00)

Mursinin oğlu narkotik maddə ilə tutulub

0

Misirin devrilmiş prezidenti Məhəmməd Mursinin oğlu Abdulla « qanunsuz narkotik maddə saxlamaqda» suçlu bilinərək, tutulub.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, martın 1-də Qahirənin şimalında Kalübiya  əyalətində polis Abdulla Mursinin avtomobilin yoxlamaq üçün saxlatdırıb. Axtarış zamanı onun maşınından siqaretlərdə 5 qram həşiş aşkar edilib.

 

Mursinin ailəsi bu olayı şərh etməyib. Faktla bağlı araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 980

Oxşar yazılar