Türkiyənin Hatay bölgəsində şagirdləri ilə cinsi əlaqəyə girən müəllim həbs edilib. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Hatayın Akçakoca kəndində orta məktəbdə bədən tərbiyəsi müəllimi işləyən şəxs 6 şagirdi ilə cinsi əlaqəyə girib.
Müəllimin iyrənc hərəkəti təcavüz etdiyi şagirdlərdən birinin polisə müraciəti ilə üzə çıxıb. Polis İdarəsindən verilən açıqlamada qeyd olunur ki, ərə getməyə hazırlaşan M.Y adlı şagird müəllimindən şikayət edib: “Həmin qız əvvəlcə öz nişanlısına bakirə olmadığını bildirib və nişanını geri qaytarıb. Daha sonra polisə müraciət edib”.
Polisin məlumatına görə, müəllim həmin qızdan başqa qızlara qarşı da bu cür hərəkətlər edib. “Şagirdləri ilə cinsi əlaqəyə girən müəllim öz iyrənc hərəkətlərini də telefonla çəkib. Polis əməkdaşları onun iş yerində axtarış apardığı zaman, o telefonun yaddaş kartını pəncərədən yerə atıb və həmin kart polis əməkdaşlarının birinin qarşısına düşüb”.
Hatay Prokurorluğu tərəfindən aparılan istintaqın yekunu olaraq, şagirdlərini zorlayan müəllimə 2 ilə qədər həbs cəzası veriləcəyi gözlənilir.