Moskvanın mərkəzində ictimai fəal vətəndaşlar əllərində Ukrayna bayrağı tutaraq, bu ölkəni himni oxuya-oxuya yürüş keçirib.
Lent.az-ın “Unian.net”-ə istinadən məlumatına görə, 7 nəfər Kremlə doğru yürüşə cəhd edib. Onlar antimperiya bildirişləri dağıdıb.
Yürüşçüləri Rusiya Xüsusi Polis Dəsəsi tutub. Yürüşçülərin 4-ü - Yekaterina Maldon, İldar Dadin, Maksim Çekanov və Mixail Udimov saxlanılıb. Qalanları isə qaçıb.
“İmperiyanı böyüdüb, SSRİ-ni bərpa cəhdi etmək yetər. Rusiya xalqı layiq olduğu həyata və insan haqlarının qorunması uğrunda deyil, xüsusi xidmət orqanlarının əcaib təxribatı və satılmış televiziyaların “Krım bizimdir” düşüncəsi ətrafında birləşib. İnsanlar oyanın!» -deyə, bildirişdə vurğulanıb.
Tutulanlar 3,5 saatdan sonra sərbəst buraxılıblar.