Moskvadan 240 min miqrant çıxarıldı
Bu il miqrasiya qanunvericiliyinin tələblərini pozduğuna görə 240 mindən çox əcnəbi Moskvadan çıxarılıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Moskva meri Sergey Sobyanin yerli telekanalların birində çıxışı zamanı bildirib.
“Bu il miqrasiya və əmək qanunvericiliyinin tələblərini pozduğuna görə 240 mindən çox əcnəbi miqrant vətəninə yola salınıb”, deyə Sobyanin bildirib.
Onun sözlərinə görə, işverənlər xarici miqrantları işə cəlb etməyə maraqlıdırlar, çünki belə halda onlara görə heç bir vergi ödəmirlər. “Prezident bu cür vəziyyəti düzəltməyə dair göstəriş verib, müvafiq qanun layihəsi artıq hazırlanıb, ümid edirəm, o, bu il qəbul olunacaq və Moskva hakimiyyətinə bu sahəni tənzimləməyə imkan verəcək”, deyə mer qeyd edib.
Bununla belə, o, Moskvaya xarici işçi qüvvəsinin lazım olduğunu da qeyd edib, lakin vurğulayıb ki, vakant iş yerlərinə, birinci növbədə, Rusiyanın digər bölgələrinin sakinləri cəlb olunmalıdır.
1827