Moskvada terror aktının qarşısı alınıb
12 oktyabr 2015 00:42 (UTC +04:00)

Moskvada terror aktının qarşısı alınıb

0

Rusiya paytaxında terror aktının qarşısı alınıb. APA-nın Moskva müxbirinin verdiyi xəbər görə, bu barədə Milli Antiterror Komitəsi (MAK) məlumat yayıb.

 

 

Məlumatda bildirilir ki, hüquq-mühafizə orqanlarının Strelbişenski döngəsində yerləşən mənzillərin birində keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində paytaxtda terror aktı törətməyi planlaşdıran bir qrup şəxs yaxalanıb.

 

 

MAK-ın məlumatına görə, saxlanılan şəxslərin gizləndiyi evdə əldəqayırma partlayıcı qurğu aşkar edilib.

 

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 465

Oxşar yazılar