Moskvada regional təhlükəsizlik müzakirə olunacaq
10 noyabr 2015 21:16 (UTC +04:00)

Moskvada regional təhlükəsizlik müzakirə olunacaq

0

Noyabrın 11-də Rusiyanın paytaxtı Moskvada MDB-yə üzv ölkələrin Təhlükəsizlik Şuralarının katiblərinin üçüncü görüşü keçiriləcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidmətinin məlumatında bildirilir.  

 

“Noyabrın 11-də Moskvada Müstəqil Dövlətlər Birliyinə üzv olan ölkələrin Təhlükəsizlik Şuralarının katiblərinin üçüncü görüşü keçiriləcək. Görüşdə regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasına dair məsələlərin müzakirə ediləcəyi planlaşdırılır”, deyə məlumatda qeyd olunub.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 349

Oxşar yazılar