Moskva vilayətində sərxoş vəziyyətdə olan polis çavuşu yetkinlik yaşına çatmayan qıza cinsi təcavüz edib.
Lent.az-ın “İnterfaks”-a istinadən məlumatına görə, Rusiya Daxili İşlər Nazirliyi Mərkəzi Federal Dairəsinin nəqliyyat idarəsi bu haqda bildirib.
“Volkovsk qəbiristanlığı yaxınlığındakı avtomobil dayanacağında polis əməkdaşı şəxsi maşınında 17 yaşlı vətəndaşa cinsi zəmində təcavüz edib” - deyə, qurum bəyan edib.
Məlumata əsasən, polis saxlanılıb.