Lent.az-ın "İTAR-TASS"-a istinadən məlumatına görə, iyulun 15-də baş vermiş faciə 79 illik Moskva metropoliteni tarixində ən irimiqyaslısıdır.
Son məlumatlara əsasən, qəza nəticəsində 22 nəfər ölüb, 129 nəfər xəsarət alıb.
Paytaxt sakinlərindən başqa Rusiyanın 12 regionunun sakini və 5 əcnəbi vətəndaş zərər çəkib, 2 əcnəbi vətəndaş ölüb.
Matəm günü ilə əlaqədar iyulun 16-da Moskvada dövlət bayrağı endiriləcək, əyləncəli tədbirlər təxirə salınacaq.