«Yerevan plaza»dan bomba aşkarlanmadı
26 mart 2014 23:54 (UTC +04:00)

«Yerevan plaza»dan bomba aşkarlanmadı

0

«Yerevan plaza»da aparılan axtarış-araşdırma nəticəsində bomba, başqa təhlükəli qurğu və ya əşya aşkarlanmayıb. Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, Moskva polisi zəng edən naməlum şəxsin tutulması ilə bağlı əməliyyata başlayıb. 

***

21.51

Martın 26-da axşam saatlarında Moskvanın cənubunda yerləşən «Yerevan plaza» ticarət mərkəzindən partlayış təhlükəsi ilə bağlı mindən çox adam köçürülüb.

 

Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, bu ticarət mərkəzinə partlayış təhlükəsi ilə bağlı naməlum şəxs zəng edib. Bundan sonra müştərilər və işçilər binadan çıxarılıb.

 

Mənbə bildirib ki, ticarət mərkəzinə bomba qoyulması ilə bağlı zəngdən sonra uyğun qurumlar axtarış –nəzarət işlərinə başlayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1184

Oxşar yazılar