2013-cü ilin sentyabrında Moskvada İzmaylovo parkında Orta Asiyadan olan mühacirin qətlində şübhəli bilinən iki yeniyetmə həbs olunub.
Lent.az-ın “İnterfaks”-a istinadən məlumatına görə, onlar parkda mühaciri münaqişəyə təhrik ediblər.Bunun ardınca onlar həmin orta asiyalını beysbol dəyənəyi ilə çoxlu sayda zərbələr endirərək öldürüblər.
Mənbə bildirib ki, onlardan biri 15 yaşında, 8 –ci sinif, o biri isə 17 yaşında, 9-cu sinif şagirdidir.
Qətldə şübhəli bilinənlərdən biri Soçidə, o biri isə Moskva ətrafı Şelkovsk rayonunda tutulub.