Moskva polisi “oğrubaşların” toplantısının qarşısını alıb.
Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, Rusiya Daxili İşlər Nazirliyi Cinayət İstintaq Baş İdarəsinin mətbuat xidməti bildirib ki, Moskvadakı restoranlardan birində «oğrubaşılar»ın toplanması xəbərindən sonra orada əməliyyat keçirilib.
Əməliyyat nəticəsində 30 nəfər tutulub.
Mənbə bildirib ki, həbs olunanların hamısı polis bölməsinə aparılıb.