Monika Levinskaya: “Klintonla macəramdan peşmanam ”
07 may 2014 07:26 (UTC +04:00)

Monika Levinskaya: “Klintonla macəramdan peşmanam ”

Ağ Evin keçmiş stajyoru Monika Levinskaya ABŞ-ın keçmiş prezidenti Bill Klintonla yaşadığı məhəbbət macərası ilə bağlı açıqlama yazıb.

 

Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, 40 yaşlı Levinskaya B.Klintonla əlaqəsindən peşman olduğunu bildirib.

 

“Əlbəttə, şefim məndən istifadə etdi. Ancaq əminliklə deyə bilərəm ki, münasibətimiz qarşılıqlı razılıq əsasında qurulmuşdu. Sui-istifadə halları sonra baş verdi”-deyə, o, vurğulayıb.

 

Ağ Evin keçmiş əməkdaşı bildirib ki, Klinton administrasiyası, özəl prokuror və mətbuatın ona yapışdırdığı “utanc damğası” gələcək həyatına pis təsir göstərib.

 

M.Levinskaya uzun müddət işsiz qaldığını və reputasiyasına görə şirkətlərin onu işə götürmədiyini söyləyib.

 

 

Klintonun keçmiş məşuqəsi bildirib ki, 18 yaşlı amerikalı tələbə Tayler Klementinin həyatı ona qeydlərini yazmağa təsir göstərib.

 

2010-cu ildə iki tələbə yoldaşı Klementinin dostu ilə intim əlaqəsini çəkib, internetə yerləşdirib: “Hadisənin səhəri  Klementi intihar etdi. Bundan sonra düşündüm ki, öz hekayətimi yazmaqla başqalarının kütləvi aşağılanmadan xilas olmasına  yardım edərəm”.

 

Levinskaya son on ildə susduğu üçün Klinton ailəsinin ona pul ödədiyi barədə xəbərləri təkzib edib. “Çeşidli nəşriyyatlar mənə xatirəmi danışmağı təklif edib. Əgər mən onlara öz xatirələrimi danışsaydım, milyonlar qazanardım. Bunu doğru saymadım”.

 

Xatırladaq ki, Bill Klintonla Monika arasında məhəbbət macərası 1998-ci ildə aşkar olub.

 

Levinskayanın məktubunun-açıqlamasının tam versiyası mayın 8-də “Vanity Fair” saytında yayılacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1920

Oxşar yazılar