MKİ-nin direktoru: «Rusiya Ukraynaya hərbi müdaxiləyə hazırdır»
13 mart 2014 00:03 (UTC +04:00)

MKİ-nin direktoru: «Rusiya Ukraynaya hərbi müdaxiləyə hazırdır»

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Brenan bildirib ki, Ukraynanın şərq hissəsinə Rusiya ordusu «tam hazırdır». Lent.az-ın «nysru»-ya istinadən məlumatına görə, bu haqda «Vaşinqton post» qəzeti martın 12-si tarixli sayında yazıb.

 

MKİ direktoru deyib ki, hərbi müdaxilənin başlayacağı vaxt yalnız Rusiya prezidenti Vladimir Putinə məlumdur.

 

«Çox təhlükəli və dinamik bir dövr yetişib. Çoxları hadisələrin gələcəyini, məsələn, Krım anneksiya olunandan, Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra baş verəcəkləri MKİ-nin bildirməsini istəyir.

 

Ancaq sadə və anlaşılan bir gerçəklik var. Ukraynada baş verənlər də daxil olmaqla dünyadakı olaylar siyasətçilərin qərarından asılıdır»-deyə, Brennan Vaşinqtonda xarici işlər üzrə şuranın iclasında bildirib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 810
avatar

Oxşar yazılar