Mitinqçilərə atəş açılması əmirini Yanukoviç verib
03 aprel 2014 06:51 (UTC +04:00)

Mitinqçilərə atəş açılması əmirini Yanukoviç verib

2014-cü il fevralın 20-də  Ukraynanı keçmiş prezidenti Viktor Yanukoviç Kiyevdə dinc etirazçılara atəş açılması haqda əmri özünün administrasiyası vasitəsi ilə Daxili İşlər Nazirliyi və Xüsusi Təhlükəsizlik Xidmətinə verib.

 

Lent.az-ın “Unian.net”-ə istinadən məlumatına görə, bu haqda ölkənin müvəqqəti baş prokuroru Oleq Maxnitsk bildirib.

 

Mitinqçilərə qarşı atəşi Xüsusi Təyinatlı Milis Dəstəsi «Berkut»-un açdığı müəyyənləşib. Mənbə xatırladıb ki, yalnız bu qurumun odlu silahdan, o cümlədən avtomatdan, eləcə də snayperdən atəş açmaq hüququ var.

 

Ukrayna Baş Prokurorluğu Kiyevin mərkəzində insanların atəşə tutulmasının tam təsvirini yaradıb. Bununla belə qurumun mətbuat xidməti istintaqın davam etdiyini bildirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1127
avatar

Oxşar yazılar