Misirin yeni hökuməti ölkənin müvəqqəti prezidenti Ədl Mənsura and içib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, yeni hökumətə İbrahim Məhləb başçılıq edəcək.
Prezidentliyi əsas namizəd, müdafiə naziri və baş nazirin birinci müavini Əbdül Fəttah əs-Sisi, xarici işlər naziri Nabil Fəhmi, daxili işlər naziri Məhəmməd İbrahim, eləcə də turizm naziri Hişam Zəəz öz postlarını qoruyub.