Misirdə silahlıların hücumu nəticəsində 25 nəfər ölüb
30 yanvar 2015 05:40 (UTC +04:00)

Misirdə silahlıların hücumu nəticəsində 25 nəfər ölüb

0

Misirin Sinay yarımadasındakı Əl Əriş şəhərində silahlıların hücumu nəticəsində 25 nəfər ölüb. APA-nın “Frans Press”-ə istinadən verdiyi xəbərə görə, ölənlərin əksəriyyəti Misir hərbçiləridir.

 

Məlumata görə, terrorçular avtomobilə quraşdırılmış partlayıcı qurğunu işə salıblar. Bundan başqa onlar şəhərə raket zərbələri endirib. Zərbələr nəticəsində hərbi baza, polis məntəqəsi və hərbçilərə məxsus yaşayış kompleksinə ciddi ziyan dəyib.  

 

Bundan başqa Əl Əriş şəhərində  naməlum silahlı şəxslər Misirin “Əl Ahram” dövlət qəzetinin regional bürosuna hücum edərək 6 nəfəri qətlə yetirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 212

Oxşar yazılar