Misir hakimiyyəti “Ənsar Beyt Məkdis” islamçı sayılan qruplaşmanın ehtimal olunan 200 üzvünü terrorçuluqda ittiham edir.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, hələlik məhkəmə təhqiqatının başlanma tarixi açıqlanmayıb. Mənbə bildirib ki, ittiham olunanların bir hissəsi tutulub, qalanı isə məhkəmədən gizlənir.
Bir müddət öncə qruplaşma Misir təhlükəsizlik qüvvələrinə qarşı bir sıra basqının məsuliyyətini üzərinə götürmüşdü.