Misirdə “quş qripi”ndən 5 nəfər öldü
20 yanvar 2015 02:40 (UTC +04:00)

Misirdə “quş qripi”ndən 5 nəfər öldü

0

Misirdə “quş qripi”ndən (H5N1) daha bir nəfər ölüb.

 

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, ilin əvvəlindən ölkədə “quş qripi”ndən ölənlərin sayı 5 nəfərə çatıb.

 

Bu fakt Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) narahat edir. Qeyd olunur ki, əgər keçən il ərzində Misirdə virusa yoluxanlardan 11 nəfər vəfat etmişdisə,  bu ilin ilk ayında  ölənlərin sayı artıq 5-ə çatıb. Ölkədə “quş qripi”nə yoluxma hallarına əsasən kənd yerlərində rast gəlinir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 402

Oxşar yazılar