Misirdə 438 nəfər barəsində ölüm hökmü çıxarıla bilər
14 dekabr 2014 03:37 (UTC +04:00)

Misirdə 438 nəfər barəsində ölüm hökmü çıxarıla bilər

0

Misirdə 2013-cü ilin yayında müxalifətin çıxışlarının yatırılmasında ittiham olunan 438 nəfər məhkəmə qarşısına çıxarılıb.

 

APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, məhkəmədə dinləniləcək Minya əyalətində 3 polisin qətli ilə bağlı birinci cinayət işi üzrə 139 nəfər məsuliyyətə cəlb olunub.

 

 İkinci cinayət işi üzrə “Müsəlman qardaşlar”ın 299 tərəfdarı məhkəmə qarşısına çıxarılacaq. Onların Damanhur şəhərində polislə toqquşmalar zamanı 5 nəfərin ölümü ilə əlaqəli olduğu bildirilir.

 

Bundan əvvəl məhkəmə 13 polisin ölümündə təqsirli bilinən 188 nəfər barəsində ölüm hökmü çıxarıb.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 302

Oxşar yazılar