Misir məhkəməsi polis əməkdaşlarına və hərbçilərə hücum törətməyi planlaşdıran İŞİD terror qruplaşmasının 12 üzvü barəsində edam hökmü çıxarıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, məhkumlar İŞİD-in üzvü olduqlarını və terror aktları planlaşdırdıqlarını etiraf ediblər.
Hökmün məhkəmənin sentyabrın 12-də keçiriləcək əlavə iclasında təsdiqlənməsi və ya yumşaldılması gözlənilir.