Misir məhkəməsi daha 104 nəfərə həbs cəzası verib
04 may 2014 03:34 (UTC +04:00)

Misir məhkəməsi daha 104 nəfərə həbs cəzası verib

Misir məhkəməsi “Müsəlman qardaşları” hərəkatının tərəfdarlarına qarşı növbəti  kütləvi hökm çıxarıb.

 

Lent.az-ın “nysru”-ya istinadən məlumatına görə, məhkəmə 102 nəfərin hər birinə  10 il iş kəsib. Bundan başqa onlar həbsdən çıxdıqdan sonra 5 il ərzində polisin nəzarəti altında yaşayacaq.

 

Hərəkatın daha iki tərəfdarına 7 il azadlıqdan məhrumetmə cəzası verilib.

 

Onlar 2013-cü ildə hazırda həbsdə olan, devrilmiş prezident Məhəmməd Mursini müdafiə aksiyalarında iştirakda ittiham olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 476
avatar

Oxşar yazılar