Misir hakimiyyəti ölkədəki 554 fələstinlinin Qəzzaya keçməsindən sonra Rəfah sərhəd məntəqəsini bağlayıb. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, Rəfah sərhəd məntəqəsi İsrailin blokadasındakı Qəzzanın “dünyaya açılan tək qapısı”dır.
Keçən ilin iyulunda Misirdə baş vermiş hərbi çevrilişdən sonra adıçəkilən məntəqə tez-tez bağlanır.
Son olaraq oktyabrın 24-də Misir hakimiyyəti təhlükəsizlik səbəbi ilə Rəfah sərhəd məntəqəsini bağlamışdı.