Türkiyənin tanınmış müğənnilərindən olan 85 yaşlı Behiyə Aksoyun vəziyyəti ağırlaşıb. Lent.az-ın məlumatına görə, alzheymer (beyin fəaliyyətinin zəifləməsi) xəstəliyindən əziyyət çəkən sənətçinin halı İstanbulun Şişli adlanan hissəsndəki qocalar evində pisləşib.
Xəstəxanaya yerləşdirilən qocaman musiqiçinin durumu kritik qiymətləndirilir.
Qeyd edək ki, 60-70-ci illərin məşhur müğənnisi olan B.Aksoy bir neçə il əvvəl qocalar evinə yerləşdirilib.