Məşhur italyan aktrisası Putinə görə həbs oluna bilər
25 fevral 2015 17:52 (UTC +04:00)

Məşhur italyan aktrisası Putinə görə həbs oluna bilər

İtaliya məhkəməsi məşhur aktrisa Ornella Muti haqqında 7 ay həbs cəzası və 600 avro cərimə qərarı çıxarıb. 
 

 

Lent.az-ın qafqazinfo-ya istinadən məlumatına görə, 2010-cu ildə əvvəldən 25 min avro qonarar alan aktrisa teatrda səhnəyə çıxmaq əvəzinə o zamanki baş nazir Vladimir Putinin Sank-Peterburqda təşkil etdiyi xeyriyyə aksiyasına qatılıb. “Verdi” teatrına saxta sağlamlıq arayışı təqdim edən aktrisa bununla da səhnəyə çıxmaq öhdəliyindən azad olub. 

Sonradan Mutinin Putinin təşkil etdiyi gecəyə qatıldığına dair videogörüntülər yayılıb və teatr aktrisadan təzminat tələb edib.

İndi aktrisa ya həbsə getməli, ya da teatra 30 min avro ödəməlidir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1499
avatar

Oxşar yazılar